"Biz qürurumuzu, azadlığımızı müdafiə edirik" - Şevçenko

"Biz qürurumuzu, azadlığımızı müdafiə edirik" -    Şevçenko
  22 Mart 2022    Oxunub:1098
Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko Rusiya Ukraynada başlatdığı müharibə haqda danışıb. AzVision.az xəbər verir ki, o, “Daily Mail” nəşrinə müsahibəsində hərbi təcavüzün ilk günlərini xatırladaraq deyib:
“Mən yatırdım. Anamdan zəng gəldi. O dedi ki, bunu söyləmək asan deyil, müharibə başladı. Rusiyanın müharibəyə başlayacağına inanmazdıq. Biz şoka düşdük”.

Şevçenko daha sonra deyib: “Ev titrədiyi üçün düşən hər bombanı hiss edirsən. İndi müharibə belə görünür. Ruslar şəhəri mühasirəyə alır və oranı bombalayırlar. Dayanmaq bilmirlər. Bu, amansızlıqdır.

Onlar Ukrayna xalqına humanitar dəhliz vermirlər. Anam, bacım, əmim, xalam oradadır. Bəzi dostlarım ön xəttədir. Onlar ölkəmizi, azadlığımızı, seçimimizi, qürurumuzu müdafiə edirlər. Biz özümüzü müdafiə edirik, mübarizə aparırıq, bunu etməliyik də. Bizim başqa seçimimiz yoxdur.

Prezident Volodimir Zelenskinin mövqeyi çox vacib idi. O, gedə bilərdi. Amma o, qalacağını, ölkəmizi müdafiə etməli olduğumuzu dedi. Bu, Ukrayna xalqını birləşdirdi. O, onlarla qaldı. Biz təslim olmayacağıq”.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti