İmişlidə qəza nəticəsində bir nəfər ölüb

İmişlidə qəza nəticəsində bir nəfər ölüb
  23 Mart 2022    Oxunub:1035
İmişlidə baş verən yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.
AzVision.az xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının 74-cü kilometrliyində qeydə alınıb.

Sabirabad rayon sakini, 1964-cü il təvəllüdlü Cəbrayılov Ənvər Qulyar oğlunun idarə etdiyi “QAZel” markalı avtomobil “KamAZ” markalı avtomobillə toqquşub.
Nətcədə “QAZel”in sürücüsü ağır xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı aldığı ağır xəsarətlərdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: İmişli   Qəza  



Xəbər lenti