Son iki gündə yol qəzalarında 6 nəfər ölüb

Son iki gündə yol qəzalarında 6 nəfər ölüb
  23 Mart 2022    Oxunub:776
Azərbaycanda son iki gündə baş vermiş yol qəzalarında 6 nəfər ölüb.
Bu barədə AzVision.az - a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, iki gün ərzində ölkənin avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Respublikanın daxili işlər orqanları tərəfindən martın 21-də və 22-də törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

AzVision.az



Teqlər: DİN   Qəza  



Xəbər lenti