Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək
Onun sözlərinə görə, şimal-qərb küləyi martın 25-dən 26-dək arabir 15-20 m/s-dək güclənəcək.
Azərbaycanın rayonlarında martın 26-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Xidmət rəisi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı olduğunu bildirib.
AzVision.az
Teqlər: Hava







Vaxtında, Aydın, Lazımlı!


