Belçikada Baydenin kortecinə şüşə atdılar

   Belçikada Baydenin kortecinə şüşə atdılar
  24 Mart 2022    Oxunub:873
Brüsselin mərkəzində naməlum şəxs ABŞ prezidenti Co Baydenin kortecinə şüşə atıb. Polis dərhal qaydanı pozan şəxsi saxlayıb.
AzVision.az xəbər verir ki,
insident yerli vaxtla saat 09:40 radələrində şəhərin mərkəzində ABŞ səfirliyinin yaxınlığında baş verib.

Hadisəni Brüssel polisinin mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, Bayden Brüsselə əsas mövzularından biri Ukrayna böhranı olan NATO, Aİ və G7 sammitlərində iştirak etmək üçün gəlib.

AzVision.az


Teqlər: ABŞ   Kortec   Bayden  



Xəbər lenti