Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  24 Mart 2022    Oxunub:904
Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 914 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 787, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 418, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 362 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 382 494, birinci doza peyvəndlərin ümumi sayı 5 320 073, ikinci doza vaksinlərin sayı 4 816 072 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 021 324, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 225 025 olub.

AzVision.az


Teqlər:



Xəbər lenti