DÇ-2022: Final mərhələsinə kimlər vəsiqə qazanıb?
Uruqvaylılar Cənubi Amerika zonası üzrə seçmə mərhələnin 17-ci turunda Peru millisinə 1:0 hesabı ilə qalib gəlib. Ekvador isə Paraqvaya 1:3 hesabı ilə uduzub. Hazırda hər iki komandanının 17 oyundan sonra 25 xalı var. Bu da digər rəqiblər üçün əlçatmazdır.
Bundan əvvəl isə Cənubi Amerkadan Braziliya və Argentina milliləri DÇ-2022-yə vəsiqəni təmin etmişdi.
Ümumilikdə meydan sahibləri Qətərlə birlikdə 19 komandanın mundialın final mərhələsində iştirakı dəqiqləşib.
1. Qətər - Ev sahibi ölkə
2. Almaniya - Avropa seçmə mərhələsində J qrupunun qalibi (11 oktyabr 2021)
3. Danimarka - Avropa seçmə mərhələsində F qrupu (12 oktyabr 2021)
4. Braziliya - Cənubi Amerikada ilk dördlüyü təmin edib (11 noyabr 2021-ci il)
5. Belçika - Avropa seçmə mərhələsində E qrupunun qalibi (13 noyabr 2021)
6. Fransa - Avropa seçmə mərhələsində D qrupu (13 noyabr 2021)
7. Xorvatiya - Avropa seçmə mərhələsində H qrupunun qalibi (14 noyabr 2021)
8. İspaniya - Avropa seçmə mərhələsində B qrupunun qalibi (14 noyabr 2021)
9. Serbiya - Avropa seçmə mərhələsində A qrupunun qalibi (14 noyabr 2021)
10. İngiltərə - Avropa seçmə mərhələsində I qrupunun qalibi (15 noyabr 2021)
11. İsveçrə - Avropa seçmə mərhələsində C qrupunun qalibi (15 noyabr 2021)
12. Niderland - Avropa seçmə mərhələsində G qrupunun qalibi (16 noyabr 2021)
13. Argentina - Cənubi Amerikada ilk dördlüyü təmin edib (16 Noyabr 2021)
14. İran - Asiyada A qrupunda ilk yerdən birini təmin edib (27 yanvar 2022)
15. Koreya - Asiyada A qrupunda ilk iki yerdən birini təmin edib (1 fevral 2022)
16. Yaponiya - Asiyada B qrupunda ilk iki yerdən birini təmin edib (24 mart 2022)
17. Səudiyyə Ərəbistanı - Asiyada B qrupunda ilk iki yerdən birini təmin edib (24 mart 2022-ci il)
18. Uruqvay - Cənubi Amerikada ilk dördlükdə yerini təmin edib (25 mart 2022)
19. Ekvador - Cənubi Amerikada ilk dördlükdə yerini təmin edib (25 mart 2022)
AzVision.az
Teqlər: