Bayrama görə avtobusların sayı artırılıb

Bayrama görə avtobusların sayı artırılıb
  26 Mart 2022    Oxunub:1029
Bayram günlərində regionlara səfər edən sərnişinlərin paytaxta rahat geri qayıtmalarını təmin etmək məqsədilə sərnişindaşıma avtobuslarının sayı 3 dəfə artırılıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AzVision.az - a verilən məlumata görə, martın 17-dən 24-dək ümumilikdə 54 mindən çox sərnişin regionlara daşınıb.

Bayram günlərində biletlər daha çox Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Balakən, Masallı və Lənkəran istiqamətlərinə alınıb.

Gücləndirilmiş iş rejimi martın 27-dək davam edəcək.

AzVision.az



Teqlər: Sərnişindaşıma  



Xəbər lenti