Hindistanın ən yaxşıları- FOTOREPORTAJ

 Hindistanın ən yaxşıları-  FOTOREPORTAJ
  26 Mart 2022    Oxunub:2230
Bu gün Bakıda Best of India (Hindistanın ən yaxşıları) - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisi keçirilib.
ANM Exhibitions, Yun və Yun məhsullarının İxracının Təşviqi Şurası və Hindistanın Bakıdakı Səfirliyi ilə birgə 26 mart- 3 aprel 2022-ci il tarixlərində səhər saat 11:00-dən axşam saat 7:00-dək Bakıda, Neftçilər prospekti 26A ünvanında yerləşən Bakı İdman Sarayında Best of India - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisini təşkil edir. Xarici ölkələrdə ardıcıl olaraq təşkil olunan bu sərgi, Hindistan sənayesinin yüksək keyfiyyətli moda, tekstil və həyat tərzi məhsullarını dünyaya tanıdır.

Hindistanın səfiri cənab B.Vanlalvavna bildirib ki, bu ilki sərgi “Best of India” sərgisinin səkkizinci buraxılışıdır və bu sərgidə özünün düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək Hindistanın 60-a yaxın şirkət iştirak edir.

Səfirin sözlərinə görə, tədbirin əsas üstünlüyü Hindistan Səfirliyinin piştaxtasında əsl Hindistan çayının canlı təbliğatınıın aparılmasıdır. Ziyarətçilər tədbir zamanı istənilən vaxt Hindistan stendində ödənişsiz olaraq Hindistan çayını dada bilərlər. Bundan əlavə, tədbirin davam etdiyi doqquz günü ərzində böyük LED ekranda Hindistanın Assam, Qərbi Benqal, Manipur, Himaçal Prade, Sıkkım, Tamil Nadu və Kerala və s. əyalətlərində turizm, mədəniyyət və investisiya imkanlarının təbliğatı məqsədilə Azərbaycan dilində subtitrlərlə videoların fasiləsiz nümayişi olacaq.

Səfir vurğulayıb ki, tədbirdə biznes və ticarətlə yanaşı, zəngin Hindistan mədəni irsinin xalq rəqsləri, Bollivud mahnılarının ifaları, ənənəvi alətlərdə ifa, xına (Mehndi) sənəti və s. vasitəsilə təmsil olunması da diqqət mərkəzində olacaq və bu da öz növbəsində “Best of India” tədbirinə dəyər qatacaq. Sərgiyə giriş ödənişsizdir.

AzVision.az sərgidən çəilən fotoları təqdim edir:



























































Anar Bayramlı
AzVision.az


Teqlər:





Xəbər lenti