Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı bəlli olub

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı bəlli olub
  26 Mart 2022    Oxunub:1090
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 854 vaksin vurulub.
AzVision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 750, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 391, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 368 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 395 825, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 320 787, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 817 513, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 031 776, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 225 749 nəfər təşkil edir.

AzVision.az






Teqlər: COVİD   Vaksin  



Xəbər lenti