Lvovda neft anbarı 12 saat yandı - VİDEO

   Lvovda neft anbarı 12 saat yandı -    VİDEO
  27 Mart 2022    Oxunub:1376
Lvovda xilasedicilər Rusiya ordusunun atəşə tutması nəticəsində neft anbarının ərazisində baş vermiş irimiqyaslı yanğını söndürüblər. AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Yanğının söndürülməsi 12 saatdan çox davam edib.

"Martın 26-da saat 16:30 radələrində Lvovda yanacaq anbarı olan sənaye müəssisələrindən birinin ərazisininin atəşə tutulması nəticəsində yanğın baş verib.

Martın 27-də saat 05:02-də yanğın lokallaşdırılıb. Saat 06:49-da söndürülüb”, - məlumatda deyilir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti