İtkin düşən tələbənin meyiti tapıldı
Bildirilib ki, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.
İ. Qənbərli Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin tələbəsi olub. O, mart ayının əvvəli itkin düşmüşdü.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


