Mehriban Əliyeva Mütəllibovun dəfni ilə bağlı göstəriş verib

   Mehriban Əliyeva Mütəllibovun dəfni ilə bağlı göstəriş verib
  28 Mart 2022    Oxunub:1041
Ötən gecə dünyasını dəyişən eks-Prezident Ayaz Mütəllibovun dəfn mərasiminə hazırlıq prosesi başlayıb .
AzVision.az xəbər verir ki, bu barədə “Bizim.Media”ya Mütəllibovun köməkçisi Qulu Həsənoğlu məlumat verib. Onun sözlərinə görə, sabiq dövlət başçısının nəşi Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə “Heydər” məscidinə aparılıb:

“Sağ olsun dövlətimiz, Ayaz müəllimin dəfn mərasimini boynuna götürüb. Cənazəni “Heydər” məscidinə apardıq. Bakı Şəhər İcra Hakimiyyətindən də nümayəndələr gəlmişdi”.

Xatırladaq ki, 84 yaşında dünyasını dəyişən Ayaz Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi.

AzVision.az


Teqlər: Mehriban-Əliyeva  



Xəbər lenti