Ukraynada daha bir idmançı həlak oldu

Ukraynada daha bir idmançı həlak oldu
  28 Mart 2022    Oxunub:738
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən "Krivbas"ın sabiq futbolçusu Volodimir Kolesnik dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.Kolesnik Avdeyevkadakı döyüşlərdə ağır yaralanıb və xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, daha əvvəl sambo üzrə Ukrayna çempionu Artyom Priymenko ailəsi ilə birlikdə Rusiya qoşunlarının Sumı şəhərindəki yaşayış binalarına aviazərbələr endirməsi nəticəsində həlak olub. Kikboksinq üzrə Ukrayna çempionu və Dünya Kubokunun gümüş mükafatçısı Yevgeni Zvonyuk Çerniqov şəhərindəki atışma nəticəsində dünyasını dəyişib.

"Şaxtyor"un (Donetsk, Ukrayna) futbol akademiyasının məşqçisi Rusiya tərəfindən atılan mərminin qəlpəsinə tuş gələrək həlak olub. "Karpat" klubunun futbolçusu Vitali Sapilo Rusiya qoşunları ilə döyüş zamanı ölüb. Həmçinin “Qostomel”in 25 yaşlı futbolçusu Dmitri Martinenko Rusiyanın bombardmanı nəticəsində evində anası ilə birlikdə həlak olub.

AzVision.az


Teqlər:





Xəbər lenti