"Dövlət rəsmiləri müalicəsində çox kömək etdilər"- Ayaz Mütəllibovun gəlini

   "Dövlət rəsmiləri müalicəsində çox kömək etdilər"-    Ayaz Mütəllibovun gəlini
  28 Mart 2022    Oxunub:889
"Bir ay idi ki, xəstələnmişdi və son 2-3 gün ümumiyyətlə danışa bilmədi. O mənə qayınata yox, ata olub. Çox kədərliyəm".
Bunu Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun vida mərasimində gəlini Elnarə Mütəllibova AzVision.az -a açıqlamasında deyib.

"Dövlət rəsmiləri müalicəsində çox kömək etdilər. Dəfn mərasiminin xərclərinin qarşılanması ilə bağlı hər halda rəsmilər tərəfindən tapşırıq verilmişdi. Lakin mən ev işləri ilə məşğul olduğumdan bu barədə məlumatsızam".

Şahanə Rəhimli
AzVision.az




Teqlər:



Xəbər lenti