Peskov Qarabağdakı vəziyyətə münasibət bildirib

 Peskov Qarabağdakı vəziyyətə münasibət bildirib
  28 Mart 2022    Oxunub:1681
“Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasının təmin edilməsi vacibdir”. AzVision.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Regionda artan gərginlik fonunda əlavə sülhməramlılar kontingentinin göndərilməsinin mümkünlüyünə gəlincə, Peskov bu sualın Rusiya Müdafiə Nazirliyinə verilməli olduğunu söyləyib.

"Bu sual bizim hərbçilərə verilməlidir, onlar Azərbaycan və Ermənistan tərəfi ilə təmasdadırlar. İndi əsas odur ki, bütün tərəflər müvafiq razılaşmaların şərtlərinə əməl etməyə davam etsinlər".

Xatırladaq ki, martın 26-da səhər saatlarında dumanlı havada görüntü məsafənin az olmasını fürsət bilən qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusuna qarşı təxribat törətməyə cəhd göstərib. Qısa müddətdə görülən lazımi tədbirlərdən sonra onlar geri oturdulub.

Hadisə barədə Rusiya sülhməramlılarının komandanlığı və Rusiya – Türkiyə birgə Monitorinq Mərkəzi xəbərdar edilib.

AzVision.az



Teqlər: Peskov   Qarabağ  



Xəbər lenti