Ermənistan MTX-sı Fövqəladə Hallar Nazirliyində əməliyyat keçirir

   Ermənistan MTX-sı Fövqəladə Hallar Nazirliyində əməliyyat keçirir
  28 Mart 2022    Oxunub:1586
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Fövqəladə Hallar Nazirliyində əməliyyat keçirir. AzVision.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Bildirilir ki, xüsusi xidmət orqanı əməkdaşlarının nazirlikdə konkret olaraq nəyi axtardıqları və ya kimlərin otağına daxil olduğu hələlik bəlli deyil.

“Hraparak” qəzeti isə yazıb ki, Milli Təhlükəsizlik Xidməti artıq bir neçə saatdır ki, nazir Andranik Piloyanın müşaviri Aşot Akopyanın otağında axtarış əməliyyatı həyata keçirir. Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanları əməkdaşlarının əsl hədəfi nazirdir. Lakin təhlükəsizlik qüvvələri hələlik onun kabinetinə "əl gəzdirməyib".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti