Hava hücumundan müdafiə bölmələrinin təlimləri keçirilib

Hava hücumundan müdafiə bölmələrinin təlimləri keçirilib
  28 Mart 2022    Oxunub:691
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, praktiki atışlar zamanı heyətlər tərəfindən şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.

Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.



AzVision.az





Teqlər:



Xəbər lenti