Komitə hamilə qalan 16 yaşlı qızla bağlı məlumat yaydı

 Komitə hamilə qalan 16 yaşlı qızla bağlı məlumat yaydı
  28 Mart 2022    Oxunub:1793
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6 aylıq hamilə qalan 16 yaşlı qız barəsində yayılan məlumatlara aydınlıq gətirib.

Qurum mətbuat katibi Teymur Mərdanoğlu AzVision.az -a açıqlamasında bildirilib ki, qız artıq doğumla bağlı Suraxanı rayonunda qeydiyyata düşüb.
“Sözügedən hadisə ilə bağlı Komitəyə məlumat daxil olub. Qız hazırda Bakıda xalasının yanındadı. Qızın qoşulub qaçdığı oğlanla bağlı Gəncə Şəhər Polis İdarəsində araşdırma başladılıb. Eyni zamanda məsələ ilə bağlı Suraxanı Rayon Polis İdarəsində də araşdırma aparılır. Bizdə olan məlumata görə, qız ilk dəfə 15 yaşında özündən 5 yaş böyük oğlana qoşulub qaçıb. Şiddətə məruz qaldıqdan sonra qaçıb sığınacağa müraciət edib. Sığınacaqdan da xalası ilə əlaqə saxlanılıb. Komitə tərəfindən qıza zəruri olan psixoloji yardımlar, hüquqi prosedurlar aparılır. Daha da dəhşətlisi qız təhsildən yayınıb. Komitə tərəfindən qızın fərdi təhsilə cəlb olunması istiqamətində işlər aparılır”.

***
Azərbaycanda daha bir 16 yaşlı qız hamilə qalıb.


AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

Kəmalə qeyd edib ki, yeniyetmə 2021-ci ildə Gəncədə bir oğlana qaçıb. "Daha sonra rayonda gizlədilib. Lakin qızın xalası polisə şikayət edib. Bu zaman qız istəyi ilə qaçdığını deyib.

Bundan sonra yeniyetmənin yaşadığı Suraxanı rayonundakı polis bölməsinə xəbər verilib. 6 aylıq hamilə qızla bağlı hazırda məsələ araşdıılır".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti