Milli Məclisin sədri Qazaxıstanda işgüzar səfərdədir

   Milli Məclisin sədri Qazaxıstanda işgüzar səfərdədir
  28 Mart 2022    Oxunub:688
Martın 28-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Almatı şəhərinə işgüzar səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, Almatı Beynəlxalq Aeroportunda nümayəndə heyətini MDB PA-nın Baş katibi Dmitri Kobitski, Qazaxıstan Parlamentinin deputatları, ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin MDB PA-nın Şura iclasında çıxışı və tədbirlərdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

İşgüzar səfər martın 29-da başa çatacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti