Heineken Rusiyadakı biznesini satır

Heineken Rusiyadakı biznesini satır
  28 Mart 2022    Oxunub:1123
“Heineken” pivə konserni Rusiya Federasiyasındakı biznesini yeni sahibinə ötürmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. Qeyd olunub ki, şirkət yeni sahibinə keçənə qədər yeddi pivə zavodunun hamısı iş yerlərini saxlamaq, müştərilərinə və istehlakçılara xidmət göstərmək üçün fəaliyyətini davam etdirəcək. Bildirilib ki, əsas prioritet müştərilər, tərəfdaşlar və istehlakçılar qarşısında öhdəliklərin yerinə yetirilməsi olaraq qalacaq.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti