Ukraynadan Bakıya gələn hamilə qadının həyatı xilas edildi
Əməliyyatı icra edən Mərkəzin mama-ginekoloqu Şölə Səfərova bildirib ki, hamilə qadının əməliyyatı riskli olsa da, onu və körpəsini həyata qaytarmaq mümkün olub: “Hamiləliyinin 38-ci həftəsində ağır dərəcəli preeklamsiya (hamiləlik patalogiyası, arterial təzyiqin yüksəlməsi, proteinuriya və ödəmlərin olması), uşaqlığında çapıq (konservativ miomektomiya əməliyyatından sonrakı vəziyyət) olan hamilə qadında həmçinin döl qişalarının vaxtından əvvəl cırılması da müşahidə edilirdi.
Əməliyyat riskli olsa da qadının və körpənin həyatını xilas etməyi bacardıq. 3500 qram çəkidə doğulan körpə qız idi. Daha sonra ananın vəziyyəti ilə bağlı narahatlıqlar davam etdiyi üçün həkim nəzarətinə götürüldü. Artıq hər ikisi yaxşıdır və bu səbəbdən də evə buraxılırlar. Bəli, onlar hər iki müharibədən sağ çıxmağı bacaranlardı. ”.
Qeyd edək ki, ailənin bütün xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanıb.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


