Fəxri adlara görə verilən təqaüdün məbləği açıqlandı

   Fəxri adlara görə verilən təqaüdün məbləği açıqlandı
  29 Mart 2022    Oxunub:789
“"Xalq artisti" və "Xalq rəssamı" fəxri adları üçün 180 manat təqaüd verilir”.
Azvision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanın sosial-iqtisadi inkişafındakı xidmətlərə və digər fəaliyyətlərə görə, Prezidentin müvafiq sərəncamlarına əsasən, Xalq artisti, Xalq şairi, Xalq yazıçı və s. fəxri adlar alan şəxslərə müavinətlərin verilməsi nəzərdə tutulub: " "Əməkdar elm xadimi", "Əməkdar jurnalist" və s. adı qazanan şəxslərə 120 manat məbləğində təqaüd təyin olunub".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti