Valideynlər yeni məktəbli formalarını nə zaman ala biləcəklər?

   Valideynlər yeni məktəbli formalarını nə zaman ala biləcəklər?
  29 Mart 2022    Oxunub:2117
“Bizdə yeni formaların dizaynları artıq hazırdır. Amma bunların parça xüsusiyyətlərinin necə olması ilə bağlı işlər aparılır. Təqdim olunan formalar sport stilində olduğu üçün daha çox pambıq tərkibli olması nəzərdə tutulur. Lakin onun da tərkibinə dözümlü olması üçün 3 faizli qatqı qatılmalıdır. Çünki 100 faiz pambıq olanda paltar tez eroziyaya uğrayır, nəticədə ailə ildə 2 dəfə paltar almalı olur ki, bu da büdcəyə ziyandır".
AzVision.az xəbər verir ki, bunu Bakı Tekstil Fabrikinin icraçı direktoru Elçin Babayev deyib. O bildirib ki, məktəbli formalarının parçası üçün hansısa standartın gətirilməsi labüddür

“Bir il içərisində bütün şagirdləri yeni formalarla təmin etmək çətin olacaq. Bu bir fabrikin də işi deyil. Həmçinin bazarda hansı rəngin və ya ölçünün çox satılacağı da bəlli deyil. Buna hazırlıq lazımdır, 1,5 milyonluq şagird üçün hər formada 4 nümunə 6 milyon adəd məhsul edir. Bunu da 1-2 fabrikin öhdəçiliyi etməsi çətindir. Bizim 2 il zamanımız var. Əgər komanda işi olmasa bu zaman da yetməyəcək”.

E.Babayev bildirib ki, vahid formanın olması valideynlər üçün üstünlükdür: "Əvvəl ibtidai siniflərlə yuxarı siniflərin məktəbli formaları fərqlənirdi və ona görə 4-cü sinifdə oxuyan şagirdə yeni forma alınmırdı. İndiki formaların vahid olması valideynə rahatlıq gətirir".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti