Azərbaycanın 3 sərbəst güləşçisi yarımfinalda

Azərbaycanın 3 sərbəst güləşçisi yarımfinalda
  29 Mart 2022    Oxunub:854
Azərbaycanın üç sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
AzVision.az -ın məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifat mərhələsində Viktor Lizeni (Almaniya) məğlub etsə də, Georgi Valentinov Vangelova (Bolqarıstan) uduzub.

74 kq kq-da yarışan Turan Bayramov 1/8 finalda Ali Umarpaşayevə (Bolqarıstan) 1/4 finalda Aymar Andrusə (Estoniya) qalib gəlib.

86 kq-dakı Abubakr Abakarov Denis Balauru (Moldova), ardınca isə İvars Samusonoksu (Latviya) yenərək adını yarımfinala yazdırıb.

92 kq çəkidəki Osman Nurmaqomedov mübarizəyə 1/4 finaldan start verib. O, Radoslav Marçinkeviçi (Polşa) məğlubiyyətə uğradıb.

Nəhayət, 125 kq-dakı Aydın Əhmədov təsnifat mərhələsində Paris Karepi (Albaniya) məğlub etsə də, Robert Baranın (Polşa) müqavimətini qıra bilməyib.

Bayramov finala gedən yolda Taymuraz Salkazanovla (Slovakiya), Abakarov Sebastian Jezierzanski (Polşa) ilə, Nurmaqomedov Damian İqlesias Vilela (İspaniya) - Ahmed Sultanoviç Batayev (Bolqarıstan) cütünün qalibi ilə görüşəcək.

Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.

AzVision.az



Teqlər: Güləş  





Xəbər lenti