Meriya Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Meriya Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib
  30 Mart 2022    Oxunub:974
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 2-də mitinq keçirməklə bağlı müraciətini cavablandırıb.
AzVision.az -ın xəbərinə görə, meriya pandemiya ilə əlaqədar mitinqin keçirilməsinə razılıq verməyib.

Qeyd edək ki, Milli Şura aprelin 2-də saat 15:00-17:00-dək Bakı şəhəri, Yasamal rayonunda yerləşən keçmiş "Məhsul" stadionunda, metronun “Nərimanov” stansiyası yanındakı parkda və “Ukrayna” dairəsində mitinqin keçirilməsi üçün yer ayrılması üçün üçün BŞİH-ə müraciət edib. Milli Şura Ukraynanın ərazi bütövlüyünə dəstək məqsədilə mitinq keçirməyi planlaşdırmışdı.

AzVision.az



Teqlər: BŞİH  



Xəbər lenti