Rəssam Rəşad Ələkbərov azadlığa buraxılıb - YENİLƏNİB

 Rəssam Rəşad Ələkbərov azadlığa buraxılıb -  YENİLƏNİB
  30 Mart 2022    Oxunub:1577
Prokurorluq orqanları tərəfindən saxlanılan əməkdar rəssam Rəşad Ələkbərovun həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
AzVision.azxəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov deyib.

Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.

R.Ələkbərov məhkəmə zalından azadlığa buraxılıb.

***

17:46
Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərov həbs edilib.

AzVision.azxəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.

O bildirib ki, İmadəddin Nəsiminin 16 metr hündürlüyə malik heykəlini hazırlayan Ələkbərov Rəşad Böyükağa oğlu AR CM-nin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

"Az ağır cinayətlə ittiham olunmasına, ibtidai istintaq orqanının çağırışlarından yayınmamasına baxmayaraq, bu gün barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - vəkil deyib.

AzVision.az


Teqlər:



Xəbər lenti