Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb

Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb
  30 Mart 2022    Oxunub:726
Bakı metrosunda qatarların hərəkət intervalında ləngimə yaranıb.
"Bakı Metropoliteni" QSC-dən AzVision.az verilən məlumata görə, "Dərnəgül" metrostansiyasında qatarın maşinist kabinəsində idarəetmə panelində qapılardan birinin bağlanmaması barədə müvafiq işarəvermə siqnalı işə düşüb.

"Bu səbəbdən maşinist vəzifə qaydasına uyğun olaraq qapıya baxış keçirib. Məlum olub ki, qapı arasında kiçik əşya parçası qalıb. Maşinist maneəni aradan qaldırıb və idarəetmə panelində hər şeyin qaydasında olduğunu müəyyən etdikdən sonra yola düşüb. Hadisə ilə əlaqədar iki qatar arasında 8-9 dəqiqə interval fərqi yaranıb", - məlumatda bildirilir.

AzVision.az





Teqlər: Metro  



Xəbər lenti