Lerikdə sürüşmə olub, bir ev torpaq altında qalıb - Fotolar

   Lerikdə sürüşmə olub, bir ev torpaq altında qalıb -    Fotolar
  30 Mart 2022    Oxunub:938
Lerikdə torpaq sürüşməsi olub .
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

Rayonun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.

Kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus birmərtəbəli 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov tamamilə torpaq altında qalıb.

Hadisə zamanı evdə olan N.Baxşıyev ilə həyat yoldaşı xoşbəxtlikdən xəsarət almayıb.

Onlar hazırda qohumlarının evlərinə yerləşiblər.






AzVision.az


Teqlər:



Xəbər lenti