Azərbaycan və İsrail turizm sahəsində saziş imzalayıb

Azərbaycan və İsrail turizm sahəsində saziş imzalayıb
  30 Mart 2022    Oxunub:1005
Azərbaycanla İsrail arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tvitterdə yazıb.

"Bu gün israilli həmkarım Yoel Razvozovla turizm sahəsində əməkdaşlıq haqqında saziş imzaladıq. İnanıram ki, bu saziş ikitərəfli turizm əlaqələrimizin inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcək", - Agentlik sədri deyib.

İsrailin turizm naziri Yoel Razvozov isə sosial şəbəkə hesabında yazıb ki,
turizm sahəsində əməkdaşlıq haqqında müqavilə qarşılıqlı turist axınını inkişaf etdirəcək və artıracaq.

AzVision.az



Teqlər: Azərbaycan   İsrail  



Xəbər lenti