Rusiya XİN: “Türkiyədən Lavrov və Kulebanın görüşünün mümkünlüyü barədə siqnal almışıq”

  Rusiya XİN:  “Türkiyədən Lavrov və Kulebanın görüşünün mümkünlüyü barədə siqnal almışıq”
  31 Mart 2022    Oxunub:637
Rusiya Türkiyədən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ukraynalı həmkarı Dmitri Kuleba arasında yeni görüşün təşkilinin mümkünlüyü barədə siqnal alıb.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. O, müvafiq sualı cavablandırarkən “Türklərdən belə bir siqnal var idi” dedi.

Rudenko bildirib ki, Rusiya heç vaxt Ukrayna tərəfi ilə təmaslardan imtina etmir, lakin bu təmaslar ətraflı və mənalı olmalıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: XİN   Rusiya  



Xəbər lenti