Aprel ayına olan hava proqnozu açıqlanıb
Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, mülayim keçəcəyi, temperaturların tədricən yüksələcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-14° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 8-13° isti, gündüzlər 13-18° isti, bəzi günlərdə 23-28° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 23-33 mm) .
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 12-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 8-13° isti, bəzi günlərdə 3°-dək şaxta, gündüzlər 15-20° isti, bəzi günlərdə 25-30° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-59 mm).
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 6-10° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 5-10° isti, bəzi günlərdə 0-3° şaxta, gündüzlər 10-15° isti, bəzi günlərdə 18-23° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 54-83 mm).
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 12-15° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 7-12° isti, gündüzlər 14-19° isti, bəzi günlərdə 22-27° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 31-54 mm). Bəzi günlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 10-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 6-11° isti, bəzi günlərdə 5°-dək şaxta, gündüzlər 11-16° isti, bəzi günlərdə 20-25° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-126 mm). Bəzi günlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 7-12° isti, gündüzlər 14-19° isti, bəzi günlərdə 25-30° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 30-49 mm). Bəzi günlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 10-14° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 7-12° isti, gündüzlər 13-18° isti, bəzi günlərdə 22-27° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72 mm). Bəzi günlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


