"Ermənistanla əlaqələrin normallaşması potensialı mövcuddur" - XİN rəhbəri

   "Ermənistanla əlaqələrin normallaşması potensialı mövcuddur" -    XİN rəhbəri
  31 Mart 2022    Oxunub:825
"Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması üçün potensial mövcuddur".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, bunun üçün 10 noyabr bəyanatının şərtlərinin yerinə yetirilməsi vacibdir.

“Ermənistan tərəfindən Azərbaycanın sülh təklifinə bir ildən artıq müddətdir ki, müsbət reaksiya verilməyib. Bir ay bundan əvvəl də biz təkliflər vermişik. Azərbaycan tərəfi bununla bağlı da cavabı gözləməkdədir“", - XİN rəhbəri deyib.

AzVision.az



Teqlər: Ceyhun-Bayramov  



Xəbər lenti