Sabah havada toz dumanı olacaq

Sabah havada toz dumanı olacaq
  31 Mart 2022    Oxunub:1124
Aprelin 1-də cənub-qərb istiqamətli hava axınları vasitəsilə Afrika səhralarında formalaşan toz kütlələrinin ölkə ərazisinə daxil olacağı gözlənilir.
AzVision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib. O qeyd edib ki, peyk görüntülərindən əldə olunan məlumata görə, respublika ərazisində, əsasən də regionlarda havada toz hissəciklərinin miqdarının normadan artıq olacağı ehtimal olunur.

G.Abbasovanın sözlərinə görə, toz dumanının davam etmə müddəti və havanın çirklənmə səviyyəsi barədə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: Toz  



Xəbər lenti