Draqi ilə Şolts Rusiyadan qaz idxalını müzakirə ediblər

Draqi ilə Şolts Rusiyadan qaz idxalını müzakirə ediblər
  01 Aprel 2022    Oxunub:963
İtaliyanın baş naziri Mario Draqi ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə İtaliya hökumətinin mətbuat xidməti məlumat yayıb. “Liderlər Rusiyaya qarşı sanksiyalar məsələsini və Rusiyadan qaz idxalı ilə bağlı son hadisələri müzakirə ediblər. Draqi və Şolts Rusiyaya qarşı sanksiya rejiminin saxlanmasının vacibliyini vurğulayıblar”, - məlumatda deyilir.

Daha əvvəl ANSA İtaliya hökumətindəki mənbələrə istinadən bildirmişdi ki, Roma Rusiya qazının ödənişində Avropa yanaşmasına əməl edəcək.

AzVision.az




Teqlər: Almaniya   İtaliya  





Xəbər lenti