Azərbaycan dünyanın minalarla ən çirklənmiş ölkəsi kimi qeydə alınıb

   Azərbaycan dünyanın minalarla ən çirklənmiş ölkəsi kimi qeydə alınıb
  01 Aprel 2022    Oxunub:1413
"Azərbaycan minalarla, partlamamış hərbi sürsatlara və müharibənin partlayıcı qalıqlarına görə dünyanın ən çirklənmiş ölkəsi kimi qeydə alınıb".
AzVision.az xəbər verir ki, bunu ANAMA- nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Humanitar Mina təmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda keçirilən konfransda deyib.

O, bildirib ki, minatəmizləmə işləri Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərində infrastrukturun təhlükəsiz bərpası, habelə məcburi köçkünlərin öz doğma torpaqlarına təhkükəsuz qayıtması və sülhmıramlı proseslərin gücləndirilməsi, investisiya proqramlarının həyata keçirilməsi üçün ilkin şərtdir: "ANAMA münaqişə zonasında zəruri infrastrukturun, ocümlədən yaşayış massivlərinin, qəbiristanlıqların, yolların, kanalların, elektrik xətlərinin çoxsaylı minalardan, improvizə olunmuş partlayıcı üurğulardan, iriçaplı raketlərdən təmizlənməsini davam etdirir".

Şəhanə Rəhimli
AzVision.az


Teqlər: ANAMA  



Xəbər lenti