Hikmət Hacıyev: "Müharibədən sonra 200-ədək vətəndaşımız minanın qurbanı olub"
"Minalar qalsa da, Azərbaycan hökuməti bunun əksini edəcək, orada ağaclar əkəcək. Minalardan təmizlənmə ilə bağlı 4 əsas istiqamət mövcuddur. İlk olaraq məqsəd həyat itkisinin qarşısını almaqdır. Azərbaycan yalnız humanitar minatəmizləmə fəaliyyəti ilə məşğul olur. Əsas məqsədimiz bu bölgələrə əhalinin qaytarılmasını təmin etməkdir. Müharibədən sonra 200-ədək vətəndaşımız minanın qurbanı olub.
Biz Ermənistandan minalanmış ərazilərin xəritəsini almışıq. Ancaq onların dəqiqliyi 25 faizdir. Əlbəttə ki, bu işin sürəti minalardan təmizləməsi prosesinin gedişindən asılıdır. Azərbaycan hökuməti bu istiqamətdə öz səylərini əsirgəmir. Hökumətimiz inteqrasiynın yaxşılaşdırılması üçün əlindən gələnir edir. Kənd təsərrüfatı, şəhərlərin inkişafı, ətraf mühitin qorunması, səhiyyə və təhsil sahələrində, minalardan təmizlənməsi sahəsində inteqrasiya olduqca vacibdir. Çünki sülhə və inkişafa töhfə verən əsas məsələ minaların təmizlənməsi prosesidir".
Prezidentin köməkçisi əlavə edib ki, son rəqəmlər göstərir ki, minaların təmizlənməsi ilə bağlı Azərbaycana ayrılan vəsaitlər azalır: " Azərbaycanda minalardan təmizlənmə ilə bağlı əməkdaşlıq təcrübəsi mübadiləsi nəzərdə tutulur. Azərbaycan unikal bir model təqdim edir. Məqsədimiz minalardan təmizlənmiş Azərbaycanı təqdim etməkdir. Hökumətimiz əməkdaşlığın bütün faydalı formalarına açıqdır.
Bu sahədə Qlobal Transfondun yaradılmasını təklif edirik. Bu təklifinin irəli sürülməsi iş birliyi üçün çox gözəl imkandır. Burada kollektiv fəaliyyət tələb olunur ki, minalardan təmizlənməsi ilə bağlı pozitiv nəticələr əldə edək. Bu həm də müştərək görüşümüzü konkret tələbələrə çevirmək üçün vacibdir".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Mina







Vaxtında, Aydın, Lazımlı!


