"Təmizlənmiş ərazilər minalı sahələrin 2 faizidir" - Leyla Abdullayeva
AzVision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri" mövzusunda keçirilən mətbuat konfransda deyib.
"Heç bir hərbi səbəb olmadan və fərqinə varmadan Azərbaycan hökumətinin üzləşdiyi təhlükənin miqyası budur. Azərbaycan hökuməti başa düşür ki, milli mənsubiyyət bu təhkükəni dəf etmək üçün əsas faktordur. Ona görə də Azərbaycan humanitar mina təmizləmə üçün çox böyük vəsait ayırıb. Biz insan həyatlarından danışırıq. Biz minaları təmizləməliyik ki, onlar təhlükəsiz və layiqli şəkildə qayıda bilsinlər. Bundan başqa humanitar mina təmizlənməsi sülh və əmin amanlığı təmin edəcək, regionda dayanaqlı inkişafa çevrilicək".
L.Abdullayeva qeyd edib ki, dünən konfrans iştirakçıları Ağdama səfər edib və minadan çirklənən ərazilərin genişliyini görüblər.
"Üzləşdiyimiz problemin nə qədər böyük okduğunu gördülər. Milli mənsubiyyət prinsipi əsasında ilk növbədə ərazilərin azad edilməsindən sonra ANAMA mina təmizlənməsi sahəsində fəaliyyəti əlaqələndirir. Hökumət səviyyəsində tədbirlərin əlaqələndirilməsi üçün Prezident Administrasiyası və Nazirlər kabineti ANAMA- ya müvafiq dəstəklər göstərir. O cümlədən digər milli, komersiya və yerli təşkilatların potensialından istifadə olunur. ANAMA ilə yanaşı Müdafiə Nazirliyi, Fövqaladə Hallar Nazirliyi mina təmizlənməsində iştirak edir. 2021- ci ildə ANAMA artıq 19 min hektarı minadan təmizləyib, yaxud da təmizlənməsini əlaqələndirib. 50- dən çox mina və digər sursatları zərərsizləşdirib. Təsəvvür edin ki, bu, təsdiq olunmuş və şübhə olunan minalı sahələrin 2 faizidir. Azərbaycan hökuməti beynəlxalq tərəfdaş və vətəndaş cəmiyyəti təşkilatları ilə böyük işlər həyata keçirir".
L. Abdullayeva qeyd edib ki, Azərbaycanda 2 yüzdən çox insan müharibədən sonra minanın qurbanı olub. Onların arasında mülki əhali və hərbçilər də var.
"BMT- nin TŞ - nın qətnamələrində göstərildiyi kimi mina təmizlənməsində əməkfaşlıq vacibdir. Azərbaycan bu sahədə ən az beynəlxalq yardımı alan ölkələrdən biridir. Hesab edirəm ki, bu balans gələcəkdə dəyişməlidir. Minaların təmizlənməsi olduqca önəmlidir".
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


