"Regionda sülh üçün yeni minaların yerləşdirilməsi dayandırılmalıdır" - Ceyms Şarp

   "Regionda sülh üçün yeni minaların yerləşdirilməsi dayandırılmalıdır" -    Ceyms Şarp
  01 Aprel 2022    Oxunub:1048
"Məmnunam ki, BMT-nin İnkişaf Proqramına göstərdiyimiz dəstək sayəsində bir çox britaniyalı ekspertlər ANAMA-ya öz köməyini nümayiş etdiriblər. Minatəmizləmənin əsas elementlərindən biri də bu sahədə qəbul olunan konvensiyalarla bağlıdır".
AzVision.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri" mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Səfir qeyd edib ki, gələcəyə baxmaq və Azərbaycanın bu sahədə liderliyini göstərmək üçün ölkəmizin bu konvensiyalara qoşulması çox önəmlidir: "Burada hər hansı bir tərəfi günahlandırmaq düzgün deyil. Çünki münaqişə hər iki ölkə arasında baş verib. Buna görə də çox mühümdür ki, artıq 2020-ci ildən müharibə dayandıqdan sonra hər iki tərəf yeni minalar basdırmayacaqları ilə bağlı öhdəliyi götürsünlər. Hər iki tərəf əvvəllər öz müdafiələri üçün bu minaları yerləşdirirdilər. Ancaq regionda sülh üçün yeni minaların yerləşdirilməsi dayandırılmalıdır. Əsas məqsəd kimi gələcəyə fokuslanmaq, bölgədə sülhü təmin etmək üçün minaları təmizləmək və yeni minalar yerləşdirməmək lazımdır".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti