Anım mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Dövlət himni səsləndirilib.
Çıxış edənlər qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə qüsursuz xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı göstərdiyi şücaət və igidliyindən danışıblar.
Şükür Həmidovun qəhrəmanlığının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi, müxtəlif orden və medallara təltif olunduğu xüsusi vurğulanıb.
Milli Qəhrəmanın atası Nəriman Həmidov göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirələrinin daim uca tutulduğuna görə Azərbaycanda Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Anım tədbiri Sumqayıt şəhərində şəhid zabitin şərəfinə inşa edilən xatirə abidəsinin və Qubadlı rayonu Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov adına Xanlıq kənd 3 nömrəli tam orta məktəbin ziyarət olunması ilə davam edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


