Qusarda avtomobil yanıb

Qusarda avtomobil yanıb
  01 Aprel 2022    Oxunub:820
Qusarda sexdə avtomobil yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qusar şəhərində ümumi sahəsi 30 m² olan avtomobil təmiri sexində təmirə dayanan "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti