Saatlı şəhəri yeni Baş plan əsasında inkişaf etdiriləcək
Baş plana əsasən hesabat müddətinin sonuna qədər şəhər əhalisinin 34,9% artaraq 26500 nəfərə çatması gözlənilir. Əhalinin sayının artımı nəzərə alınaraq sakinlərin təhsil, səhiyyə, idman və digər ictimai tələbatlarına əsasən yeni məktəb və bağçaların, tibb, mədəniyyət və digər sosial obyektlərin yaradılması təklif edilir. Həmçinin istismar müddətini başa vurmuş mənzil fondunun yenilənməsi, adambaşına düşən ümumi yaşayış sahəsinin 22,5 m2-dən 25 m2-ədək artırılması nəzərdə tutulur. Şəhərin perspektiv iqtisadi inkişafı və əhalinin məşğulluğunu təmin etmək üçün sənaye ərazilərinin artırılması, yeni istehsalat zonasının formalaşdırılması planlaşdırılır.
Sənəddə şəhərin əsas infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi də prioritet olaraq seçilib. Belə ki, əlverişli, rahat, sürətli və təhlükəsiz nəqliyyat əlaqəsinin təmin edilməsi üçün vahid sistemin formalaşdırılması, magistral küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 10,76 km-dən 17,91 km-ə çatdırılması nəzərdə tutulur.
O cümlədən əhalinin və qonaqların istirahəti, eləcə də iqlim şəraiti əsas götürülərək rekreasiya ərazisinin yaradılması, mövsümi istirahət üçün məkanların, məktəbli istirahət zonalarının təşkili edilməsi təklif olunur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


