Şavkat Mirziyoyev Milli Məclisin sədrini qəbul edib
Söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlığın vahid tarix, dil, din, mədəniyyət, müştərək dəyərlər kimi möhkəm təmələ əsaslandığı, son illər ikitərəfli əməkdaşlığın xeyli inkişaf etdiyi qeyd olunub. Hazırda iki ölkə arasında iqtisadiyyat, siyasət, parlament əlaqələri, mədəniyyət, və s. sahədə xeyli irəliləyiş olduğu, rəsmi şəxslər, ictimai təşkilatlar, işgüzar dairələr səviyyəsində mütəmadi təmasların, səfərlərin həyata keçirildiyi dilə gətirilib.
O da qeyd olunub ki, ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi 25 faiz artıb, 200-dən artıq birgə müəssisə təsis edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


