YUNİSEF: "Azərbaycanın tərəfdaşı olmağa hazırıq"
Daha sonra Aleks Heikens qeyd edib:
"Bu təlimlər Avropa İttifaqı (Aİ) və Böyük Britaniya tərəfindən maliyyələşdirilir. Hesab edirəm ki, bu tövsiyələr Azərbaycan kontekstində də faydalı ola bilər. Məcburi köçkünlərin qayıdışı fonunda növbəti illərdə minaların və partlamamış sursatların təhlükəsi riski artacaq. Beləliklə, risk təlimlərinin önəmi daha da ön plana çıxacaq. Biz sizin bu sahədə tərəfdaşınız olmağa hazırıq.
Artıq 30 ildir ki, YUNİSEF maarifləndirmə və risk təlimləri fəaliyyətinə cəlb olunub. Dünyanın bir çox yerində mina təhlükəsi riski ilə bağlı fəaliyyət göstəririk. Bir çox dövlətlərdə risk faktorlarının müəyyən edilməsi sistemi zəifdir, yaralanmış insanların statistikaları yoxdur. Bəzən yaş kateqoriyaları və digər önəmli kateqoriyalar nəzərə alınmır. Bu məsələdə icmaları dinləmək və onların mənalı iştirakını təmin etmək çox vacibdir. Bütün risk təlimlərinə və risk qiymətləndirilməsi prosesinə icmaları cəlb etməli, onlarla əməkdaşlıq etməli və dinləməliyik. Söhbət bir neçə ildən getmir. 10 ildən çox işdən gedir.
Eyni zamanda risk təlimlərini digər sektorlarla inteqrasiyalı şəkildə etmək lazımdır. Bu məsələdə qeyri-şablon yanaşmalar seçilməlidir. Davranış dəyişikliyini minimallaşdırmaq üçün risk təlimləri müxtəlif kanallarda uzunmüddətli aparılmalıdır. Risk təliminin müvəfəqiyyəti davranışın dəyişməsi ilə ölçülməlidir. Eyni zamanda burada koordinasiyanın da önəmi var".
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


