Vilyam Hacıyevin oğlu işdən çıxarıldı

   Vilyam Hacıyevin oğlu işdən çıxarıldı
  01 Aprel 2022    Oxunub:1540
İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Vilyam Hacıyevin oğlu işdən çıxarılıb.

AzVision.az xəbər verir ki, Məhəmməd Vilyam oğlu Hacıyev Qubadlı rayon prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilib.
Baş Prokurorluğun Mətbuat xidməti AzVision.az -a faktı təsdiqləyib.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı həbs edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti