Ukraynada yaralanan azərbaycanlı sürücü Türkiyəyə gönərilib

   Ukraynada yaralanan azərbaycanlı sürücü Türkiyəyə gönərilib
  02 Aprel 2022    Oxunub:966
Ukraynada hərbi əməliyyatlar zamanı yaralanan Azərbaycan vətəndaşı, TIR sürücüsü Tahirov Samir Sürəddin oğlunun müalicəsi Türkiyədə davam etdiriləcək.
AzVision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov Azərbaycan və Türkiyənin müvafiq qurumları ilə danışıqlar aparıb.

Sürücümüz Türkiyədə əməliyyat olunacaq. Bunun üçün vətəndaşımız Türkiyədən gələn xüsusi balaca təyyarə ilə Türkiyəyə yola salınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti