"Sülh naminə Rusiyaya ərazilər güzəştə gedilməyəcək" - Zelenski

   "Sülh naminə Rusiyaya ərazilər güzəştə gedilməyəcək" -    Zelenski
  02 Aprel 2022    Oxunub:738
"Ukrayna üçün Rusiya ilə müharibədə yalnız qələbə məqbuldur, lakin Kiyev sülh naminə işğalçıya ərazi güzəştinə getməyəcək".

AzVision.az xəbər verir ki, bunu Amerikanın FoxNews telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski sülh sazişinin imzalanması naminə ölkənin bəzi ərazilərinin Rusiyaya verilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
"Həqiqətin qələbəsi Ukraynanın və ukraynalıların qələbəsidir. Məsələ bunun nə vaxt bitəcəyidir. Bu, dərin sualdır. Bu, ağrılı məsələdir. Qələbədən başqa, Ukrayna xalqı heç bir nəticəni qəbul etməyəcək. Biz öz ərazimizlə ticarət etmirik. Ərazi bütövlüyü və suverenlik məsələsi müzakirə olunmur”".

O, dünyanın aparıcı dövlətlərindən Ukraynanın təhlükəsizliyi ilə bağlı öhdəliklər gözlədiyini vurğulayıb və Ukraynanın NATO-nu daha da gücləndirməyə qadir olduğuna əmin olduğunu bildirib.

"Biz zəif dövlət deyilik. Bizi NATO hesabına güclənməyi təklif etmirik. Hesab edirəm ki, biz Avropa qitəsinin mühüm tərkib hissələrindənik", deyə prezident vurğulayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti