Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

81 kq-da yarışan Elcan Hacıyev və Murad Fətiyev mübarizəyə təsnifatdan başlayacaqlar. Onlar müvafiq olaraq Jim Heyjman (Hollandiya) və Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə üz-üzə gələcək.
Qadınların mübarizəsində isə 70 kq-da yer alan Günel Həsənli 1/16 finalda Lidya Brançeva (Bolqarıstan) ilə görüşəcək.
Kişilər
73 kq
1/16 final. Rüstəm Orucov - Denislav İvanov (Bolqaristan) / Hektor San Roman Çaves (Kuba) cütünün qalibi
Təsnifat. Telman Vəliyev - Coşua Qrin (İrlandiya)
81 kq
Təsnifat. Elcan Hacıyev - Jim Heyjman (Hollandiya)
Təsnifat. Murad Fətiyev - Kedrik Kalonqa (Konqo Demokratik Respublikası)
Qadınlar
70 kq
Günel Həsənli - Lidya Brançeva (Bolqarıstan)
Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxmış 7 cüdoçudan heç biri medal qazana bilməyib.
AzVision.az
Teqlər: