Ağacların kəsilməsi ilə bağlı Baş Prokurorluğa müraciət edilib

Ağacların kəsilməsi ilə bağlı Baş Prokurorluğa müraciət edilib
  02 Aprel 2022    Oxunub:780
Sabirabad rayonu, Qaragüney kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AzVision.az -a bildirib ki, araşdırma zamanı ağacların kəsildiyi ərazinin vətəndaş Həmid Kərimova məxsus olduğu və təbiətə 22 740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

AzVision.az



Teqlər:



Xəbər lenti