Sabah 26 min şəxs imtahan verəcək

Sabah 26 min şəxs imtahan verəcək
  02 Aprel 2022    Oxunub:741
Sabah Azərbaycanda qəbul və bir sıra digər imtahanlar keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AzVision.az -a verilən məlumata görə, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də baş tutacaq.

Sabah əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, 11 illik təhsil bazasında kolleclərə qəbul, martda keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməmiş XI sinif şagirdləri üçün buraxılış və digər imtahanların keçirilməsi nəzərədə tutulub.

Saat 11:00-da başlanacaq imtahanlarda ümumilikdə 26 087 nəfərin iştirakı nəzərdə tutulub.

AzVision.az



Teqlər:



Xəbər lenti